Qurban Qurbanov: "Azarkeşlər üçün ən yaxşı nəticə qazanmağa çalışacağıq" - Video

Qurban Qurbanov: "Azarkeşlər üçün ən yaxşı nəticə qazanmağa çalışacağıq" - Video
Futbol, Video
22 Avqust 2018 - 20:43


Supersport.Az-ın məlumatına görə, "Şerif"lə oyun ərəfəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

"Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq. Ötən ilki "Şerif"lə bu ilki arasında böyük fərq var, komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq.

Biz oyuna Emeqarasız hazırlaşmışıq. Onun olmaması bizim üçün itkidir. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq".



Digər xəbərlər