"Qarabağ"la oyun ərəfəsində "Şerif"dən qələbə - Video

"Qarabağ"la oyun ərəfəsində "Şerif"dən qələbə - Video
Futbol, Video
20 Avqust 2018 - 23:10
Supersport.Az-ın məlumatına görə, Avroliqanın pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Şerif" Moldova çempionatının 17-ci turunda səfərdə "Milsami"ni məğlub edib. Tiraspol klubu 2:0 hesabıyla qələbə qazanıb. Qolları braziliyalı hücumçu Jo Santos (29) və bosniyalı yarımmüdafiəçi Rifet Kapiç (90+1) vurub.


Məlumat üçün bildirək ki, turnir cədvəlində 8 komandalı çempionatda 17 turdan sonra "Şerif" 39 xalla liderdir. "Milsami" (32 xal) ikinci, "Petrokub" (26 xal) üçüncüdür.

 

Digər xəbərlər