Messisiz siyahı

Messisiz siyahı
Futbol
20 Avqust 2018 - 19:53
UEFA 2017/2018 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına üç namizədi açıqlayıb.

Supersport.Az-ın məlumatına görə, siyahıda "Barselona"nın ulduzu Lionel Messi yer almayıb.

Ən yaxşı futbolçu adına namizədlər sırasında "Real Madrid"in yarımüdafiəçisi Luka Modriç, onun sabiq komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul"un hücumçusu Məhəmməd Salah var.

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılacaq.

Qeyd edək ki, qalibin adı avqustun 30-da Monakoda keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Digər xəbərlər