Sənan Qurbanov: "Kobud səhvlərdən məğlub olduq" - Video

Sənan Qurbanov: "Kobud səhvlərdən məğlub olduq" - Video
Futbol, Video
19 Avqust 2018 - 23:28
"Bizim üçün üzücü məğlubiyyət oldu. Kobud səhvlər etdik".

Supersport.Az saytının məlumatına görə, "Neftçi"ylə bacarmayan "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov belə deyib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib:

- İlk hissədə oyunumuz alınmadı, rəqib bundan istifadə etdi. İkinci hissədə yetərincə qol imkanlarımız oldu. Yenə deyirəm, kobud səhvlərdən qollar buraxdıq. Növbəti oyunlarda əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq.

- "Qəbələ" bu oyuna ənənəvi heyətlə çıxmışdı. İlk oyundakı heyəti dəyişmək mümkün deyildi?

- Əlimizdə nə imkan varsa, maksimum, bacardığımız qədər ondan istifadə etməyə çalışırıq. Gələcək oyunlarda da bu futbolçularla mübarizə aparacağıq.

- Monroz sanki oyuna hazır deyildi. Bu fikirlə razısınız?

- Monroz zədəli idi, dünən komanda ilə məşqlərə başlayıb. Deməzdim ki, passiv idi. Amma sizinlə razı deyiləm, hücumçu kimi özünü göstərə bildi.

Digər xəbərlər