İlkay Gündoğandan Almaniya qərarı

İlkay Gündoğandan Almaniya qərarı
Futbol
17 Avqust 2018 - 20:50
Almaniya yığmasından türk əsilli Məsut Özilin ayrılması ciddi müzakirələrə səbəb oldu.

Supersport.Az-ın məlumatına görə, "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan alman seçmə komandasında karyerasını davam etdirməyə qərar verib.

27 yaşlı yarımmüdafiəçi qeyd edib ki, Çempionlar Liqası və Almaniya yığmasıyla bir kubok da qazanmaq istəyir.

Almaniya Futbol İttifaqının prezidenti (DFB) Reynhard Qrindel, Almaniya milli komandasını açıqlayan Məsut Özillə bağlı bəzi məsələlərdə səhvə yol verdiyini etiraf edib.

Qurum rəhbəri, DFB-nin rəsmi saytında milli komandanın Dünya Kubokundakı çıxışına görə sorğu-sual olunduğunu söyləyib:

"Əlbəttə, bu müddətdə daha yaxşı nə edə biləcəyimlə bağlı özümə soruşuram. Mənim açıq-aşkar tənqidimin mənə zərər vurduğunu etiraf edirəm. Bundan başqa həmkarlarımın, bir çox şəxslərin və DFB-də çalışanların irqçiliklə əlaqələndirilməsinə təəssüflənirəm".

Digər xəbərlər