Millimiz yerini dəyişmədi

Millimiz yerini dəyişmədi
Futbol
16 Avqust 2018 - 16:05

FİFA uzun fasilədən sonra milli komandaların reytinq cədvəlini açıqlayıb.


Supersport.Az xəbər verir ki, bundan əvvəlki reytinqlə  müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. FİFA-nın yeni hesablama sisteminə əsasən, Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1207 xalla 105-ci yerdədir. Ermənistan 1227 xalla 100-cüdür.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 1268 xalla 90-cı, Kosovo 1080 xalla 141-ci, Malta isə 928 xalla 184-cü yerdədir. Hər üç komandanın mövqeyində dəyişiklik olmayıb.

Siyahının ilk üç pilləsində isə dəyişiklik olub. DÇ-2018-in qalibi Fransa 1-ci pilləyə (1726) yüksəlib. Belçika 2-ci (1723), Braziliya 3-cü (1657) yerdə qərarlaşıb.

 

Digər xəbərlər