"UEFA kobud səhvə yol verdi"

"UEFA kobud səhvə yol verdi"
Futbol
16 Avqust 2018 - 05:57


Supersport.Az xəbər verir ki,UEFA Hakimlər Komitəsinin sabiq sədri Pyerluici Kollina vəzifəsindən getməsinin səbəbini açıqlayıb.

Keçmiş hakim öz istəyilə ayrıldığını bildirib:

"Dəyişiklik lazım idi. Mənə kimsə istefa verməyə məcbur etməyib. Hətta qərarımdan sonra UEFA vəzifəmdə qalmağı rica etdi, amma mən istəmədim".

VAR-la bağlı danışan italiyalı sabiq referi bu texnologiyanın böyük faydasının olduğunu deyib:

"Futbolun VAR-dan sonra maraqsız olduğu fikirləri ilə razı deyiləm. Vəziyyəti heç kim anlamır. Artıq texnologiya dövrüdür. Hər yerdə inkişaf var. Futbolda da müəyyən yeniliklər lazım idi. VAR-la birlikdə səhvləri xeyli azaltmışıq. Qol texnologiyası da əvvələr çox sınaqdan keçirilmişdi".

Kollina gələcəkdə VAR-ın 3D formatında olacağını qeyd edib:

"VAR hələ istənilən səviyyədə deyil. Hazırda TV yayımı üçün 2D var. VAR gələcəkdə 3D formatında olacaq".

Tarixin ən yaxşı hakimlərindən hesab olunan 58 yaşlı referi Çempionlar Liqasında VAR-ın olmamasını böyük səhv hesab edir:

"UEFA Çempionlar Liqasında VAR-dan istifadə etməməklə kobud səhvə yol verdi".

Digər xəbərlər