"Qarabağ" Çempionlar Liqasıyla vidalaşdı

"Qarabağ" Çempionlar Liqasıyla vidalaşdı
Futbol
14 Avqust 2018 - 22:47
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" BATE-nin qonağı olub.

Belarus çempionunun baş məşqçisi Aleksey Baqa qalib heyəti dəyişməyib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıdakı qarşılaşmayla müqayisədə start heyətdə yalnız 1 dəyişiklik edib. Mahir Mədətov konqolu Con Delarjın mövqeyində oynayıb.

Azərbaycan çempionu rəqibinə Bakıda keçirdiyi ilk oyunda 0:1 hesabıyla uduzmuşdu. Buna görə "Qarabağ" mərhələ adlamaq üçün səfərdə mütləq qalib gəlməli idi. Təmsilçimizə 2:1 hesablı qələbə də kifayət edirdi. "Qarabağ" məğlub olmasa da, mərhələni adlaya bilməyib. Belarusda 1:1 hesablı nəticəyə görə Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəni dayandırıb və Avroliqada yarışacaq.

UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi, cavab oyunu

14 avqust

21:00. BATE - Qarabağ 1-1  İlk oyun – 1:0.

Qol: Mirko İvaniç 20 - Miçel 54

Hakimlər: Andris Treymanis, Harald Qudermanis, Aleksey Spasyonņikov, Aleksandr Qolubev (hamısı Latviya).

Borisov. "Borisov Arena".

BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa, 42. Maksim Volodko.

Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skaviş, 23. Zaxar Volkov, 24. Yasse Tuominen, 62. Mixail Qordeyçuk.

Baş məşqçi: Aleksey Baqa.

Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, bu cütün qalibi ÇL-in pley-off mərhələsində Niderlandın PSV klubu ilə qarşılaşacaq. Məğlub olan komanda isə Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valyur" (İslandiya) cütünün qalibi ilə mübarizə aparacaq.

 

 

Digər xəbərlər