Saşa Stamenkoviç: "Azərbaycan himni üçün çox darıxmışdım" - Video

Saşa Stamenkoviç: "Azərbaycan himni üçün çox darıxmışdım" - Video
Futbol, Video
14 Avqust 2018 - 18:55
Supersport.Az premyer liqanın ilk turunda "Keşlə"ni səfərdə məğlub edən "Sabah"ın qapıçısı Saşa Stamenkoviçin fikirlərini videogörüntüyə alıb.



"Neftçi"nin formasını geymiş 33 yaşlı serbiyalı qolkiper əvvəlcə deyib:

"Azərbaycana qayıtmaq və dərhal qələbə qazanmaq mənim üçün çox xoş oldu. Ölkəniz üçün çox darıxmışdım. 3-4 ildən sonra yenidən Azərbaycan himni eşitdim".


- Qələbə çətin alındı, yoxsa buna layiq idiniz?

- Heç bir komanda asan qələbə qazana bilmir. Bunu son dünya çempionatı da sübut edir. Mundialda nə zəif, nə də favorit var idi. Favoritlər yalnız kağız üzərində olur. Biz isə autsayder olmadığımızı meydanda göstərdik. Çempionatda məqsədimiz daha yaxşı nəticələr göstərmək və yüksək yerlər uğrunda mübarizə aparmaqdır.

- "Neftçi"nin "Sumqayıt"la keçirdiyi açılış oyununu izləyə bildin?

- Əlbəttə. Bunu bir neçə dəfə demişəm və yenə gizlədəsi deyiləm: "Neftçi"yə azarkeşlik edir, hər zaman bu komandanı izləyirəm və flaqmanın qələbəsinə öz qələbəm kimi sevinəcəyəm.

- "Neftçi" azarkeşləri də səni məşqlərdə izləyirdilər və "Keşlə" üzərində qələbə münasibətilə təbrik etdilər...

- Onlara təşəkkürümü bildirirəm. Bu, mənim üçün çox vacibdir və kiçik motivasiyadır. Belə davam etməli və çalışmalıyam. Məhz bu cür məqamlar üzündən Azərbaycana qayıtmışam. Burada yalnız pula görə deyiləm, belə məmnunluqları yaşamaqdan ötrüyəm. Bir daha təşəkkürlər! Onlar Azərbaycanın ən yaxşı azarkeşləri olduqlarını göstərdilər.

- "Neftçi"yə qarşı da oynamalı olacaqsan.

- Əlbəttə. Qarşıda bizi "Neftçi"yədək çox oyun gözləyir. Əsas məsələ odur ki, bu görüşdə iki komandamdan biri qələbə qazansın. Bundan yalnız zövq alaram. Məğlubiyyət gözləyə biləcəyim bir komandadan söhbət gedəcəksə, qoy, bu, "Neftçi" olsun.
Sonda siz jurnalistlərə də çempionatın yüksək səviyyəyə qalxmasındakı rolunuza görə təşəkkürümü bildirirəm.
Serbiya və Qazaxıstanda çıxış etdiyim vaxt Azərbaycan futbolu barədə məlumatları sizin vasitənizlə alırdım.

 

Digər xəbərlər