AFFA "Sumqayıt"ı cərimələdi

Futbol
14 Avqust 2018 - 15:45
Supersport.Az-ın məlumatına görə, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında bir oyunla bağlı qərar qəbul olunub.

Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt" – "Neftçi" matçının 67-ci dəqiqəsində Sumqayıt klubunun futbolçusu Vurğun Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Digər xəbərlər