BATE-nin baş məşqçisi "Qarabağ"dan çəkinir

BATE-nin baş məşqçisi "Qarabağ"dan çəkinir
Futbol
13 Avqust 2018 - 23:27
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"la oyundan əvvəl BATE-nin baş məşqçisi Aleksey Baqa jurnalistlərə açıqlamasında səfərdə 1:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Borisovda matçın gərgin keçəcəyini bildirib:

"Əminəm ki, bizi ağır oyun gözləyir. Çox cüzi üstünlüyümüz var. Bəlkə də bu psixoloji və strateji nöqteyi-nəzərdən belədir. Çünki səfərdə qol vurmuşuq. Amma bu hələ heç nə demək deyil. Sabah qol vurub və qapımızdan top buraxmamaq ideal variant olardı".

Mütəxəssis müəyyən psixoloji gərginliyin olduğunu, bu baryeri keçməyin vacibliyini qeyd edib.

"Bakıda ilk hissədə olduğu kimi cavab oyununda da yüksək pressinq görə bilərikmi" sualını Baqa belə cavablandırıb:

"Başa düşməliyik ki, pressinq elə bir şeydir ki, buna çox güc sərf olunur. Oyunun müəyyən hissələrində pressinq olmaya da bilər. Nədənsə elə fikirləşirəm ki, "Qarabağ"ın heyətində dəyişikliklər olacaq. Başqa xarakteristkaya malik başqa futbolçular olacaq. Hər an ehtiyatlı olmalıyıq. Bütün 90 dəqiqə ərzində pressinq tətbiq etmək mümkün deyil. Onlar qol vurmalıdır. Ona görə də oyunun əvvəlində irəli atıla bilərlər. "Qarabağ" yaxşı legionerlərə malikdir və komandanın ustalıq səviyyəsi yüksəkdir".

BATE-nin baş məşqçisi Vasileviç və Simoviçin zədələrinin ağır olduğunu, onların oyuna hazırlaşmadıqlarını deyib. Mixail Qordeyçuka gəlincə isə, o zədədən sonra özünə yeni gəldiyindən məşqçilər riskə gedərək, onu meydana buraxmayacaqlar.

Digər xəbərlər