Qurban Qurbanov: "Başqa çıxış yolumuz yoxdur"

Qurban Qurbanov: "Başqa çıxış yolumuz yoxdur"
Futbol
13 Avqust 2018 - 23:08
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda BATE-nin qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

"Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bundan da daha ağır oyun bizi gözləyir. Hazırki məqamda nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

Digər xəbərlər