"Qarabağ"ın qolkiperi Halldorsson: "Penaltilər seriyasına hazıram"

"Qarabağ"ın qolkiperi Halldorsson: "Penaltilər seriyasına hazıram"
Futbol, Video
14 Avqust 2018 - 00:27
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda BATE-nin qonağı olacaq "Qarabağ"ın islandiyalı qapıçısı Hannes Halldorsson Belarus mətbuatına açıqlama verib.

34 yaşlı qolkiper bildirib ki, görüş penaltilər seriyasına kimi uzansa, buna hazırdır:

"Penaltilər seriyası lotereya kimidir. Həmin anda rəqib futbolçunun fikirlərini oxumaq lazımdır. DÇ-2018-də Argentina ilə görüşdə Lionel Messinin penaltisini dəf etmişdim. Bu məqam karyeramın ən parlaq anlarından biridir. Penalti zamanı təzyiq hiss etmirəm. BATE ilə oyun penaltilər seriyasına kimi davam etsə, buna hazıram".

Qeyd edək ki, BATE - "Qarabağ" oyunu bu gün saat 21:00-da start götürəcək. Tərəflər arasındakı Bakıdakı ilk oyunda Azərbaycan klubu 0:1 hesabı ilə uduzub.

Digər xəbərlər