"Bakıdakı qələbə bizi aldatmamalıdır" - BATE-nin futbolçusu

"Bakıdakı qələbə bizi aldatmamalıdır" - BATE-nin futbolçusu
Futbol
14 Avqust 2018 - 17:24
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın qapısına yola taparaq BATE-yə qələbə qazandıran yarımmüdafiəçi Stanislav Draqun cavab matçı ərəfəsində açıqlama verib.

Futbolçu bildirib ki, ilk oyunda uğura aldanmaq olmaz:

"İlk oyunda qələbə bizi aldatmamalıdır. "Qarabağ" aparıcı futbolçular, legionerlərə malikdir. Komandada məşqçi işi də görünür. Bakıda qazanılan qələbənin hər hansı sirri yoxdur. "Qarabağ" dolu stadionda məğlub olmamağa çox çalışdı və bu, komandada psixoloji gərginlik və təzyiq yaratdı. Bunun faydası olaraq qalib gəldik. Biz nəticə qazanmaq üçün mübarizəmiz uğurlu alındı".

 

Digər xəbərlər