BATE - "Qarabağ" oyununda tanış hakim

BATE - "Qarabağ" oyununda tanış hakim
Futbol
12 Avqust 2018 - 06:33
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının üçüncü mərhələsində keçiriləcək BATE - "Qarabağ" oyununa hakim təyinatı olub.

Qarşılaşmanı Latiyadan olan referilər briqadası idarə edəcək.

Baş hakim Andris Treymanis, köməkçiləri Harald Qudermanis, Aleksey Spasennikov, ehtiyatda isə Aleksandr Qolubev olacaq. Oyunun hakim isnpektoru isveçrəli Françesko Byanki, UEFA nümayəndəsi kiprli George Fantarosdur.

Andris Treymanis 21 ildir hakimdir və azarkeşlərimizə yaxşı tanışdır. Latviyalı referi 2011-2012-ci il mövsümündə Avroliqanın birinci təsnifat mərhələsinin "Olimpik" Şüvəlan - Minsk oyununu (1:1) idarə edib.

Treymanis bu ilin 23 martında Bakıda Azərbaycan yığmasının Belarus seçmə komandasına 0:1 hesabıyla məğlub olduğu matçın baş hakimi olub. Yeganə qolu İqor Staseviçin zərbəsindən sonra millimizin qapısına "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev vurub.

 

Digər xəbərlər