Supersport.Az-ın məlumatına görə, futbol üzrə İspaniya Super Kubokunun qalibi müəyyənləşib.
La Liqanın qalibi “Barselona” İspaniya Kubokunun son finalçısı “Sevilya”nı məğlub edib.
Qarşılaşmada hesabı “Sevilya” açıb. 9-cu dəqiqədə Pablo Sarabia fərqlənib. Lakin 42-ci dəqiqədə Jerar Pike tarazlığı bərpa edib. 78-ci dəqiqədə Usman Dembelenin vurduğu daha bir qol Kataloniya klubuna 2:1 hesablı əzmkar qələbə və Super Kubok qazandırıb. Hər iki qolda Messinin əməyi olub.
“Barselona”nın tarixində 13-cü Super Kuboka sahib çıxıb. Kataloniya klubu 1983, 1991, 1992, 1994, 1996, 2005, 2006, 2009, 2010, 2011, 2013 və 2016-cı illərdə də İspaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Sevilya” isə cəmi bir dəfə – 2007-ci ildə Super Kubokda qələbə sevinci yaşayıb.
31 yaşlı Lionel Messi komandasında 33-cü kubokunu qazanaraq klub tarixində rekord vurub və Andres İnyestanı da keçib.
“Barselona”nın ulduz futbolçunun karyerasında 9 liqa, 4 Çempionlar Liqası, 3 UEFA Superkubok, 3 klubların dünya, 6 İspaniya Kral Kuboku və 8 Superkubok çempionluğu var.