Ramil Şeydayevdən sevindirici xəbər - Foto

Ramil Şeydayevdən sevindirici xəbər - Foto
Futbol, Foto
09 Avqust 2018 - 01:15
Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsinə geri dönüb.  

Trabzon klubu çempionatın I turu çərçivəsində "Başakşəhər"ə qarşı keçirəcəkləri matçın hazırlığını davam edtirir.  Məşqlərdə milli komandamızın hücumçusu da iştirak edir.

Ramil Şeydayev bir neçə gün komandanın düşərgəsindən ayrılsa da, yenidən geri qayıdıb. Onun klubda qalıb-qalmayacağına aydınlıq gəlib. "Trabzonspor" Ramili komandada saxlamağa qərar verib. 22 yaşlı forvard 90 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Avstriyanın "Mattersburq" klubu Şeydayevi icarəyə götürmək istəyirdi.

Digər xəbərlər