"Qarabağ" - BATE: forma seçimi edildi

"Qarabağ" - BATE: forma seçimi edildi
Futbol
07 Avqust 2018 - 16:44
Supersport.Az-ın xəbərinə görə, bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda qarşılaşacaq "Qarabağ"la BATE-nin oyuna hansı formada çıxacağı müəyyənləşib.

Azərbaycan çempionunun futbolçuları qara, qokiperi boz, Belarus klubunun oyunçuları sarı, qapıçısı qırmızı geyimi seçib.

İsveçli baş hakim Andreas Ekberq parlaq göy formada olacaq.

Xatırladaq ki, "Qarabağ" - BATE qarşılaşması bu gün saat 21:00-da başlyacaq.

Digər xəbərlər