"Barselona"nın keçmiş futbolçusundan "Qarabağ" açıqlaması

"Barselona"nın keçmiş futbolçusundan "Qarabağ" açıqlaması
Futbol
07 Avqust 2018 - 16:19
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşündə "Qarabağ"ın qonağı olacaq BATE-nin təcrübəli futbolçusu, "Ştutqart", London "Arsenal"ı və "Barselona"nın sabiq oyunçusu Aleksandr Qleb qarşıdakı matçla bağlı ölkəsinin mətbuatına açıqlama verib:

"Bakıya sərfəli nəticə üçün gəlmişik. Düşünürəm ki, hər iki komandanın şansları bərabərdir. Rəqibimizin yaxşı, oynamağı bacaran komanda olduğunu bilirik. Asan olmayacağını düşünürəm. Ancaq istənilən halda, hər şey özümüzdən asılıdır".

"Qarabağ" - BATE oyunu bu gün saat 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Borisovda keçiriləcək.

Digər xəbərlər