Daşdəmirov yeni klub tapdı

Daşdəmirov yeni klub tapdı
Futbol
07 Avqust 2018 - 12:27
Supersport.Az-ın məlumatına görə, 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, son mövsümü "Qarabağ"da keçirmiş sağ cinah müdafiəçisi Arif Daşdəmirov yeni komandasıyla 1 illik müqaviləyə imza atıb. Daşdəmirov "Sumqayıt"da 21 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Arif Daşdəmirov karyerası ərzində "Qarabağ"dan (15 oyun) başqa, "Şahdağ" (19 oyun, 2 qol), "MKT Araz" (22 oyun, 2 qol), "Masallı" (20 oyun, 1 qol), AZAL (10 oyun), "Standard" (16 oyun), “Qəbələ” (48 oyun, 1 qol) və "İnter"in (139 oyun, 9 qol) uğurları üçün çalışıb. O, həmçinin 13 dəfə Azərbaycan millisinin formasını geyinib.

Digər xəbərlər