"Qəbələ" ev oyununa Bakıda hazırlaşır

"Qəbələ" ev oyununa Bakıda hazırlaşır
Futbol
07 Avqust 2018 - 11:41
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 2018/19 mövsümünün ilk turunda "Səbail"lə avqustun 12-də öz meydanında keçiriləcək qarşılaşmaya "Qəbələ" Bakıda hazırlaşır.

Avqustun 4-də keçirilən "Keşlə" ilə yoxlama oyunundan (2:0) sonra birgünlük istirahətə buraxılan komanda bir araya gəlib. "Qəbələ" dünən "Bakı" FK-nın təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısında məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, avqustun 12-də keçiriləcək "Qəbələ" – "Səbail" matçı saat 19:00-da Qəbələ şəhər stadionunda başlayacaq.

Digər xəbərlər