PSV "Qarabağ"la qarşılaşsa işi daha çətin olacaq

PSV "Qarabağ"la qarşılaşsa işi daha çətin olacaq
Futbol
07 Avqust 2018 - 11:08


UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - BATE cütünün qalibi PSV ilə qarşılaşacaq.

Supersport.Az-ın məlumatına görə, Niderland təmsilçisinin nümayəndəsi Yoost van Erp bu haqda açıqlama verib:

"Bizim üçün rəqibin kimliyi vacib deyil. İstənilən halda, PSV-ni çətin oyunlar gözləyir. İndiki məqamda Niderland klubları Avropada rahat ola bilməz. PSV də bu baxımdan digərlərindən heç nə ilə fərqlənmir. Komandamızın qrup mərhələsinə vəsiqə qazanıb, daha güclü komandalarla qarşılaşması əla olardı".

Niderland mətbuatı, "Qarabağ"ın ötən mövsüm Çempionlar Liqası qrupunda "Roma", "Çelsi", "Atletiko" kimi güclü klublarla mübarizə apardığını, ispan komandasından 2 xal qazandığını qabardıb.

Baş məşqçi Mark van Bommelin komandasını uzun yol gözlədiyi, Belarusa 1800, Azərbaycana isə 4000 kilometr məsafə olduğu vurğulanıb.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 21-də (Azərbaycan və ya Belarusda), cavab matçı isə 1 həftə sonra Niderlandda keçiriləcək.

Digər xəbərlər