"BATE "Qarabağ"ı keçməsə, faciə olacaq" - Video

"BATE "Qarabağ"ı keçməsə, faciə olacaq" - Video
Futbol, Video
07 Avqust 2018 - 01:37
Supersport.Az Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl Belarusun BATE klubunun baş məşqçisi Aleksey Baqanın mətbuat konfransını videogörüntüyə alıb.


37 yaşlı mütəxəssis birbaşa jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"la matç barədə nə düşünürsüz? Rəqib dişinizə görədir?

- "Qarabağ" güclü rəqibdir. Həm Avropa Liqasında, həm də Çempionlar Liqasında çıxış edib. Qurban Qurbanov kimi güclü məşqçiləri var.

- Demək olar ki, BATE 1 həftə ərzində şimaldan cənuba hərəkət edib. Əvvəlcə Finlandiya, sonra Azərbaycan. Bu, oyununuza təsir edəcək?
-

Təbii ki, Avropa kuboklarında çıxış edən klub bunlara hazır olmalıdır. Bu komandanın fiziki hazırlığına təsir etməyib.

- Finlandiya təmsilçisini keçməsinə baxmayaraq, BATE yaxşı oyun sərgiləmədi. Bu, arxayınlıqdan irəli gəlirdi?

- İlk oyunda bir çox qol epizodları yaratdıq. Əsas nəticə idi.

- "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ilk oyunu səfərdə keçirməyinizi sizin üçün üstünlük sayır. Sizin buna münasibətiniz necədir?

- Bunu demək çətindir. Biz də ilk oyunları öz meydanda keçirmişik. "Qarabağ"ın kapitanı ilə razılaşıram.

- Ötən mövsüm "Qarabağ" ÇL-də qrupda mübarizə aparmışdı. Hansı oyuna baxmışdınız?

- Hamsını izləmişəm.

- Bu oyunların hansındakı "Qarabağ"la qarşılaşmaq istəməzdiniz?

- Bunu demək istəməzdim. ÇL böyük turnirdi. Komandaların hər biri oyuna yaxşı nəticə üçün çıxır.

- BATE "Qarabağ"la oyuna hazırdımı və hansı nəticəni əldə etmək istəyir?

- Oyuna ciddi hazırlaşmışıq. İstənilən müsbət nəticəni qazanmaq istəyirik.

- "Qarabağ" turu keçsə, bizim üçün süpriz olmayacaq. Amma BATE keçsə, onlar üçün bu rüsvayçılıq olacaqmı?

- Bizim üçün uğursuzluq olacaq. Daha irəliyə getmək istəyirik. Maksimum dərəcədə növbəti mərhələ keçmək istəyəcəyik.

- Növbəti mərhələdə potensial rəqib PSV olacaq. Bu, sizə psixoloji təsir edirmi?

- Bu haqda danışmaq erkəndir. Daha çox "Qarabağ" haqqında düşünürük.

- Belarus liqasının başlaması sizin üçün bir üstünlükdümü?

- Həm hə, həm yox deyərəm. "Qarabağ" artıq bir neçə rəsmi oyun keçirib. Bu həftə də Azərbaycan Premyer Liqası başlayacaq. Özümüzü bu cəhətdən üstün saymıram.

Digər xəbərlər