"Akhisarspor" "Qalatasaray"ın Superkubok arzusunu puç etdi - Foto-Video

"Akhisarspor" "Qalatasaray"ın Superkubok arzusunu puç etdi - Foto-Video
Futbol, Video, Foto
06 Avqust 2018 - 12:50

Supersport.Az-ın məlumatına görə, Türkiyədə 12-ci dəfə keçirilən Superkubokun sahibi "Qalatasaray"ı məğlub edən "Akhisarspor" olub. Konyadakı oyunun 120 dəqiqəsində qollu bərabəlik qeydə alınıb. Qolları Yevgeni Sleznyov (5) və Ərən Dərdiyok (79) vurub. Penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan "Akhisarspor" kubokun qalibi olub. "Qalatasaray"lı Qomis zərbəni qaçırıb.






Mayda finalda "Fənərbağça"nı məğlub edərək Türkiyə Kubokunu qazanan "Akhisarspor", üç ay sonra "Qalatasaray"a qalib gələrək Superkuboka sahib çıxıb.

Avqustun 10-da Superliqanın açılış matçında çempion "Qalatasaray" səfərdə "Ankaragücü"nün qonağı olacaq. "Akhisarspor" ise 11 avqustda "Fənərbağça" ilə qarşılaşacaq.


Qalib komanda kubok və medalları gənclər və idman naziri Mehmet Muharrəm Kasapoğlu və TFF prezidenti Yıldırım Dəmirörənin əlindən alıb.

Superkubokun ən dəyərli oyunçusu matçın ilk qolunu vuran "Akhisarspor"lu Yevgeni Seleznyov seçilib.

Seleznov'a plaketini TFF Başkanı Yıldırım Demirören verdi.

"Qalatasaray" uduzsa da, Superkuboku ən çox - 5 dəfə qazanan klubdur. İstanbul komandası 8-ci oyunda 3-cü məğlubiyyətini alıb.

TFF Süper Kupa'nın en değerli oyuncusu Yevgen Seleznov seçildi



 

Digər xəbərlər