Ronaldonun dəqiqədə iki forması satılır

Ronaldonun dəqiqədə iki forması satılır
Futbol
06 Avqust 2018 - 12:03
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"dən "Yuventus"a keçən Kriştiano Ronaldo rekordlarına yenisini əlavə etmək istəyindədir.

İlk 24 saatda 520 min forması satılan portuqaliyalı futbolçunun "7 nömrəsi"ni klub mağazalarından dəqiqədə 2 azarkeş alır ki, bu da 276 avro deməkdir. Klub saatda 16 min 650, gündə 399 min, ayda isə 11 milyon 988 min avro qazanır.

Satış bu sürətlə davam edərsə, "Yuventus" 33 yaşlı futbolçunun transferinin böyük qismini əldə edəcək. Bir il müddətində Ronaldonun 4 ildə qazanacağı 120 milyon avro formalardan çıxarılacaq.

İtaliya klubu futbolçunun komandaya gəldiyi ilk həftədə 117 milyon avro transfer ödəməsinin yarısını forma satışından əldə etməyi bacarıb.

Digər xəbərlər