"Qəbələ" "Keşlə"ni məğlub etdi

"Qəbələ" "Keşlə"ni məğlub etdi
Futbol
06 Avqust 2018 - 01:15
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 2018/19 mövsümünə hazırlıq çərçivəsində Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Qəbələ" yoxlama oyununda "Keşlə" ilə qüvvəsini sınayıb.  olub. Sənan Qurbanov Premyer Liqa öncəsi son görüşdə aşağıdakı start "11-liy"inə şans verib: Dmitri Bezotosnı, İlqar Qurbanov, Vojislav Stankoviç, Ürfan Abbasov, Sabien Lilay, Roman Hüseynov, Stiven Monroz, Ceyms Adeniyi, Təmkin Xəlilzadə, Lalavele Atakora, Qismət Alıyev.
Matçın ilk yarısı qarşılıqlı hücumlarla başlasa da, dəqiqələr ötdükcə "Qəbələ" üstünlüyə yiyələnib. Topa daha çox nəzarət edən "qırmızı-qaralar" da, rəqib də qurduğu hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Nəticədə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb. Fasilədə və ikinci hissənin gedişində hər iki komanda oyunçu dəyişiklikləri gerçəkləşdirib. "Qəbələ"nin heyətində Bəhlul Mustafazadə, Elvin Camalov, Asif Məmmədov və Rauf Əliyev meydana daxil olub.
İkinci hissə qolla başlayıb. Fasilədən sonra "Qəbələ"nin gerçəkləşdirdiyi ilk hücum sol cinahdan qapı önünə ötürmə ilə davam edib. Topu uzaqlaşdırmağa çalışan Denis Silvanın tərs vuruşu isə avtoqolla nəticələnib. Buraxılan qoldan sonra fəallaşan "Keşlə" daha çox hücum təşkil etməyə çalışıb. Matçın sonlarında "qırmızı-qaralar" ikinci qolu vurmağa müvəffəq olub. 85-ci dəqiqədə künc zərbəsindən sonra Rauf başla dəqiq zərbə endirib. Qarşılaşmanın sonlarında Qurbanov daha iki futbolçu – Hacıağa Hacılı və Rasim Ramaldanova da şans verib. Görüşün sonlarında hər iki komanda hücum təşkil etsə də, hesab dəyişməyib.
Beləliklə, "Qəbələ" mövsüm öncəsi son hazırlıq matçında "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib.

Digər xəbərlər