BATE ilə "Qarabağ"ın son planı açıqlandı

BATE ilə "Qarabağ"ın son planı açıqlandı
Futbol
05 Avqust 2018 - 21:15
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində baş tutacaq "Qarabağ" - BATE (Belarus) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı məlum olub.

Rəqib komandanın baş məşqçisi avqustun 6-sı saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. BATE-nin oyunöncəsi son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


Baş məşqçi Qurban Qurbanov isə "Azərsun Arena"nın mətbuat zalında saat 20:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

Digər xəbərlər