"Qarabağ" Çempionlar Liqasının qrupuna ikinci dəfə düşə bilər" - Video

"Qarabağ" Çempionlar Liqasının qrupuna ikinci dəfə düşə bilər" - Video
Futbol, Video
05 Avqust 2018 - 01:01
Supersport.Az Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"a məğlubiyyətin ardından "Kukesi"nin idman direktoru Nderim Nedzipinin fikirlərini videogörüntüyə alıb.

Ağdam klubunun güclü olduğunu etiraf edən veteran futbolçu, təmsilçimizin 3-cü təsnifat mərhələsində BATE-ni də keçəcəyini bildirib.


- Oyundan əvvəl olduqca iddialı açıqlamalar verirdiniz. Sizcə, komandanız niyə bu hesabla uduzdu?

- Düzdür, "Qarabağ"ı keçmək istəyirdik. Amma rəqibin səviyyəsi çox yüksəkdir. Bilirdik ki, çox çətin olacaq. Ona görə də oyuna müdafiə olunmaqla başladıq. "Qarabağ"a sürpriz etməyə gəlmişdik, amma alınmadı.

- Hansı qoldan sonra növbəti mərhələyə çıxmaq ümidinizi tamamilə itirdiniz?

- Bəlkə bir qol vursaydıq, hər şey fərqli ola bilərdi. Ancaq qırmızı vərəqə aldığımız epizod matçın qırılma anı idi. Bir daha rəqibin gücünə şahid olduq. Məncə, "Qarabağ" son 2 oyunda gördüyümüzdən də güclü komandadır.

- İlk penalti epizodu haqda nə düşünürsünüz?

- Fasilədə soruşdum, dedilər ki, penaltidir.

- Yəqin ki, cavab oyunundan sonra razılaşarsınız ki, ilk matçdakı nəticə təsadüf idi...

- Yox, elə düşünmürəm. Şkodradakı matçda "Qarabağ"ın qol vəziyyətləri yox idi. İlk oyunda çox yaxşı müdafiə olunduq. Bura qol vurmağa gəlmişdik, ancaq istəyimiz alınmadı. Çünki "Qarabağ" bizdən daha yaxşı komandadır.

- "Qarabağ" növbəti mərhələdə BATE ilə qarşılaşacaq. Sizcə, bu rəqibi də keçə bilərmi?

- Məncə, BATE-ni də keçəcəklər. Onlara uğurlar arzu edirəm. İnanıram ki, ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qrupuna düşəcəklər.

Süleyman Kərimov

Digər xəbərlər