Qurban Qurbanov: "Ermənilər "Qarabağ"ı qəbul etməyə məcbur olacaqlar" - Video

Qurban Qurbanov: "Ermənilər "Qarabağ"ı qəbul etməyə məcbur olacaqlar" - Video
Futbol, Video
02 Avqust 2018 - 05:27
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Kukesi" klubuna 3 qolla qalib gələn "Qarabağ"ın 46 yaşlı baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.


- Bu oyunda nəticəni müəyyənləşdirən amillərdən biri azarkeşlər idi. Onlara təşəkkürümü bildirirəm. Futbolçularım oyuna yaxşı hazırlaşmışdılar, sona kimi düzgün mübarizə apardılar. Rəqibə uğurlar arzulayıram. İstənilən halda qalib gəldik və növbəti mərhələyə adladıq. Cəmi 5 gün vaxtımız var. Rəqibi yaxından tanımalıyıq. Təcrübəli komandaya qarşı oynayacağıq.

- Uğursuz penalti vuruşundan sonra növbəti penaltini Dani vurdu. Bu, Emeqaraya mənfi təsir edərmi? 

- Daninin oyuna 2 saat yarım qalmışa kimi oynayacağı dəqiq deyildi. Sonra oynamaq istədi. Emeqaranın ilk penaltisi mənim qərarım deyildi. Lakin sonradan Daninin penaltini yerinə yetirməsini istədim. Bu, Emeqaraya təsir etməməilidir. O, soyuqqanlı futbolçudur.

- BATE haqqında hər hansı məlumat almısınızmı?

- Rəqib haqda məlumatlar toplayacağıq. Güclü rəqibə qarşı oynayacağıq.

- Son günlər ermənilərin Allahverdi Bağırova qarşı etdiklərindən yəqin xəbərdarsız. Bu qələbəni ona həsr edərsizmi? Və oyunlara Allahverdi Bağırovun "Qarabağ" yazılı forması ilə çıxmaq haqda düşünürsüzmü?

- Həsr etməkdə bir problem yoxdur. Komandamızın adı göstərir ki, biz həm də nə uğrunda mübarizə aparırıq. Bu adı həmişə qoruyub saxlamağa çalışırıq. Dəfələrlə demişəm ki, onların (ermənilərin) sevinəcək başqa bir şeyləri yoxdur. Və ayrı ayrılıqda hər bir qəhrəmanlarımızla fəxr edirik. Qələbəni ona həsr edək. Bu, böyük bir turnirdir. Burada bizə icazə verərlərmi, bilmirəm. Bu klub həmişə çalışıb ki, işimizlə, nəticələrimizlə onların adını qoruyaq. İnşallah, qələlərimizi qazanaq, onlar görəcək və "Qarabağ"ı qəbul etməyə məcbur olacaqlar.

- Xeyli qol epizodu boşa verildi. Bunu nə iıə əlaqələndirmək olar?

- Oyunun gedişində istər-istəməz həyəcan var idi. Düşünürəm ki, belə epizodlarda oyunçularım fürsətlərdən yararlanmağı bacarır. Bu dəfə vura bilmədilər, bu, onların gələcək oyunlarda daha yaxşı olmaları üçün səbəbdir.

- Mahir Mədətovun oyunu ilə bağlı fikirləriniz necədir? Sanki səhv mövqedə oynuyur və özünü tam göstərə bilmir…

- Bu oyundakı bir neçə epizod əsl hücumçuya xas olan şeylər idi. Oyun ərzində belə fürsətlər 3-4 dəfə olursa, bu, məni qane edir. Bu gün Mahirin oyunu mənə daha ümid verdi. Oyundan sonra Mahirə dedim ki, bəlkə də qol vursaydın, azarkeşlər səni belə alqışlamazdılar.

- Yeni transferlər olacaqmı?

- Əlavə futbolçular axtarışındayıq. Düşündüklərimiz alınsa, yeni bir transfer olacaq. Hücumçu və mərkəz yarımmüdafiəçisi axtarırıq. Müdafiə xətti üçün də axtarışlarımız davam edir. Səbrli olmaq lazımdır.

- Halldorsonun psixoloji vəziyyəti necədir?

- Gələndə zədəli idi, ilk oyun idi ki onu heyətə daxil etmişdim. Hər bir qapıçı mənim üçün dəyərlidir. Onların hər birinin oynamaq ehtimalı var. Bugün ilk 11-də oynayan oyunçuya zəmanət vermirəm ki, gələn oyunda start heyətdə olacaq.

- Son günlərin aktual mövzusu Azərbaycan millisində müdafiəçi problemidi. Rəşad Sadıqov qayıda bilərmi milliyə?

- Ölkəmizdə futbolçu çatışmazlığı var. Amma bu barədə hələ bir qərar verməmişəm. Rəşadın qayıdıb-qayıtmayacağı barədə bir şey bilmirəm. O, milli karyerasını bitirdiyini açıqlayıb.

- Stadionun sıradan çıxması BATE ilə oyunda sizə problem yaratmaz ki?

- 3-4 gün əvvəl stadion daha pis vəziyyətdə idi. Dünən artıq baxanda irəliləyiş gördüm. Stadionun bərpası ilə bağlı işlər gedir. İnşallah, bu problem aradan qaldırılar.

Digər xəbərlər