"Qarabağ"la "Kukesi" arasında səviyyə fərqi böyükdür" - Video

"Qarabağ"la "Kukesi" arasında səviyyə fərqi böyükdür" - Video
Futbol, Video
02 Avqust 2018 - 03:39
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a 0:3 hesabı ilə məğlub olan Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Armando Kunqu uğursuzluğun səbəbini açıqlayıb.


- Sizin üçün məğlubiyyətdə həlledici amil nə idi və Emeqaranın oyununuza təsiri oldumu?

- Hər hansı bir oyunçunun adını xüsusilə fərqləndirməzdim. Etiraf etmək lazımdır ki, komandalar arasında səviyyə fərqi çoxdur. "Qarabağ" daha yaxşı oyunçulardan təşkil olunub. Biz əlimizdən gələni etdik.

- Bu tərz oyunla Avropa Liqasında nəyə ümid edirsiniz?

- Vaxtımız azdır. Albaniyaya yolda düşəcəyik və 5 gün sonra oyunumuz var. Komanda olaraq yaxşı hazırlaşmalıyıq.

Digər xəbərlər