"Qarabağ" "Kukesi"ni qabaqladı

"Qarabağ" "Kukesi"ni qabaqladı
Futbol
30 İyul 2018 - 15:44






Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində baş tutacaq "Qarabağ" - "Kukesi" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

İyulun 31-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Kukesi"nin baş məşqçisi isə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.






 

Digər xəbərlər