Almeyda oynadı, Pedro ehtiyatda qaldı

Almeyda oynadı, Pedro ehtiyatda qaldı
Futbol
30 İyul 2018 - 07:09
Supersport.Az-ın məlumatına görə, Qazaxıstan Premyer Liqasının 21-ci turunda millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu “Astana” “Atırau”nu sınağa çəkib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətində meydana çıxan Almeyda 90 dəqiqə oynayıb. Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Pedro Enrike isə ehtiyatda qalıb.

Qeyd edək ki, "Astana" 53 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Digər xəbərlər