"Yuventus"dan Ronaldo üçün 340 milyon

"Yuventus"dan Ronaldo üçün 340 milyon
Futbol
30 İyul 2018 - 01:50
Supersport.Az xəbər verir ki, "Real Madrid"i "Yuventus"a dəyişən Kriştiano Ronaldo üçün italiyalılar ümumilikdə 340 milyon avro xərcləyəcək.

Turin klubu, portuqaliyalı futbolçuya görə, 117 milyon avro ödəyib. Bu məbləğin 100 milyonu Madrid komandasına, 12 milyonu Kriştiano Ronaldonun meneceri Xorxe Mendes, 5 milyonu FİFA-ya verilib.

Futbolçunun 2009-cu ildə "Mançester Yunayted"dən "Real Madrid"ə keçidi 94 milyon olmuşdu.

Ronaldoya illik 30 milyon ödəyəcək "Yuventus", hesabından vergilər daxil 56 milyon avro verəcək.

Ulduz futbolçunun 4 illik maliyyəsi 340 milyon avro təşkil edəcək.

İtaliya klubunun yeni mövsüm maaş büdcəsinin 21 faizi Ronaldoyla bağlıdır.

33 yaşlı futbolçunu qorumaq üçün bu müddətdə "Yuventus" qəza, ölüm, yaşayış, zədə sığortası edəcək və buna görə müxtəlif firmalara 5 milyon avro ödəyəcək.

 

Digər xəbərlər