"Neftçi"nin "Keşlə"yə gücü çatdı - Video

"Neftçi"nin "Keşlə"yə gücü çatdı - Video
Futbol, Video
29 İyul 2018 - 00:33



Supersport.Az-ın məlumatına görə, "Neftçi" yeni mövsümə hazırlıq çərçivəsində "Keşlə" klubu ilə yoxlama oyunu keçirib. Görüş 2:0 hesablı qələbə ilə nəticələnib.


"Neftçi" ilk hissədə bir neçə qol epizodu yaratsa da, fasilədən sonra fərqlənə bilib. İlk qolu 67-ci dəqiqədə Dario Frederikonun ötürməsindən sonra Emin Mahmudov vurub. Bundan 2 dəqiqə sonra Mirabdulla Abbasov fərqlənib. Bunadək isə Frederiko ilə Abbasovun zərbələri qapı dirəyinə tuş gəlib.


"Neftçi": 1.Səlahət Ağayev (94.Rəşad Əzizli), 6.Qoran Paratski (4.Rəşad Eyubov), 8.Emin Mahmudov (37.Vüsal Əskərov), 9.Baqali Dabo (17.Rəhman Hacıyev), 10.Dario Frederiko, 11.Kvame Karikari (22.Mirabdulla Abbasov), 18.Tural Axundov (5.Anton Krivotsyuk), 25.Kirilo Petrov (K), 26.Ömər Buludov (21.Məhəmməd Mirzəbəyov), 28.Slavko Braliç, 93.Soni Mustivar.

Xatırladaq ki, bu mövsüm Azərbaycan Premyer Liqasında "Neftçi" ilk matçını səfərdə "Sumqayıt"a qarşı keçirəcək.




Digər xəbərlər