Almeydalı "Astana"nın qələbəsi, Qriqorçukun sevinci - Video

Almeydalı "Astana"nın qələbəsi, Qriqorçukun sevinci - Video
Futbol, Video
25 İyul 2018 - 00:47
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" "Mityulland"a qalib gəlib. Braziliyalı futbolçu 76-cı dəqiqədə meydana çıxıb, 7 dəqiqə sonra sarı vərəqəylə cəzalanıb. "Qarabağ"ın keçmiş futbolçusu Pedro Enrike "Astana"da debüt edib.

Qazaxıstan klubu Danimarka komandasını 2:1 hesabıyla məğlub edib.


Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" isə sabah "Kukesi" ilə üz-üzə gələcək.

Çempionlar Liqası: 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

18:00 Astana (Qazaxıstan) - Mityulland (Danimarka) 2:1

Qollar: Laslo Klyaynhasler 31, 90 - Qustav Vikhaym 51

20:00 ÇFR (Kluj, Rumıniya) - Malmö (İsveç) 0:1

21:30 PAOK (Yunanıstan) - Bazel (İsveçrə) 2:1

22:00 Dinamo (Zaqreb, Xorvatiya) - Hapoel (Beer-Şeva, İsrail) 5:0

22:15 Şkendiya (Makedoniya) - Şerif (Moldova) 1:0

22:30 Srvena Zvezda (Serbiya) - Suduva (Litva) 3:0

23:00 Legiya (Varşava, Polşa) - Spartak (Trnava, Slovakiya) 0:2

Digər xəbərlər