"Qarabağ" hücumçu transfer etdi

"Qarabağ" hücumçu transfer etdi
Futbol
22 İyul 2018 - 11:29
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" "Bursaspor"un futbolçusu Con Delarjı heyətinə cəlb edib.


Azərbaycan təmsilçisi Türkiyə komandasına 200 min avro transfer haqqı ödəyib.


Delarj son zamanlar "Bursaspor"da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub və məşqlərə biganə münasibət göstərib. Buna görə baş məşqçi Samet Aybaba onu əsas heyətdən kənarda qoyub.


Qeyd edək ki, 28 yaşlı Con Delarj Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. Konqolu forvard Slovakiyada 32 oyunda 8, Çexiyada 74 matçda 16, "Osmanlıspor"da 36 qarşılaşmada 1, "Bursaspor"da isə 25 oyunda 5 qol vurub.

Digər xəbərlər