"Liverpul"un yeni 10 nömrəsi

"Liverpul"un yeni 10 nömrəsi
Futbol
20 İyul 2018 - 19:27
"Liverpul"un futbolçusu Sadio Mane 2018/2019 mövsümündən 10 nömrəli forma ilə çıxış edəcək.

Supersport.Az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Bundan əvvəl 10 nömrəli formanı ötən mövsümün ikinci yarısı "Barselona"ya transfer olunan Koutinyo geyinmişdi.

Xatırladaq ki, S.Mane ötən mövsüm 19 nömrəli forma ilə çıxış edirdi.

Digər xəbərlər