Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib

Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
Digər, Qış Olimpiya
20 İyul 2018 - 14:21
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edib.

Supersport.Az xəbər verir ki, yeni idman növləri bunlardır: xizək akrobatikası və tramplindən tullanma üzrə qarışıq komanda yarışları, kişilər və qadınlar arasında fristaylın “biq eyr” növü, şort-trekdə qarışıq estafet, qarışıq snoubord–kross və qadınlar arasında bobsley yarışları.

Qadınlar arasında xizək ikinövçülüyü yarışları, sinxron fiqurlu konkisürmə və kirşə idmanının altı növü yarışların siyahısından çıxarılıb.

Digər xəbərlər