"Uypeşt" "Neftçi"ni darmadağın etdi - Video

"Uypeşt" "Neftçi"ni darmadağın etdi - Video
Futbol
20 İyul 2018 - 00:47
Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyununda "Neftçi" "Uypeşt"ə rüsvayçı hesabla məğlub olub.
Bakıda keçirilən ilk görüşdə 3:1 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi Macarıstanda 4 qol buraxaraq mübarizəni dayandırıb.

"Neftçi"ni kənarlaşdıran "Uypeşt" 2-ci təsnifat  mərhələsində İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq.

Avropa Liqası: 1-ci təsnifat mərhələsi, cavab oyunları

19 iyul

23:00 Uypeşt (Macarıstan) - Neftçi (Azərbaycan) 4:0 (ilk oyun 1:3)

Qollar: Robert Litauski, 19, Boyan Sankoviç, 21, Donat Zsoter 50, Obinna Nvobodo 65

Hakimlər: İoannis Papadopulos, Trifon Petropulos, Vasilios Kamburis, Angelos Evangelou (hamısı Yunanıstan)

Hakim-inspektor: Bernardino Qonzalez Vazkes (İspaniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Budapeşt. Şuşa Ferens stadionu

Digər xəbərlər