"Baltsan" "Keşlə"ni kənarlaşdırdı
Futbol
19 İyul 2018 - 22:59
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur.
Supersport.Az xəbər verir ki, təmsilçimiz "Keşlə" cavab matçında Malta "Baltsan"ı 2:1 hesabıyla məğlub etsə də, mübarizəni dayandırıb.
İlk oyunda böyük hesabla uduzduğu (1:4) üçün Azərbaycan klubu yarışla vidalaşıb.
İyulun 16-da "Keşlə"nin ukraynalı baş məşqçisi Yuri Maksimov istefa verdiyindən, komandanı oyuna məşqçi Zaur İsmayılov çıxarıb.
Avropa Liqası: 1-ci təsnifat mərhələsi, cavab oyunu
19 iyul
21:00 Keşlə (Azərbaycan) - Baltsan (Malta) 2:1 (İlk oyun 1:4)
Hakimlər: Mixail Vilkov, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (hamısı Rusiya)
Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)
Bakı. "Dalğa Arena”