"Qarabağ" - "Olimpiya": mətbuat konfransları, məşqlərin vaxtı açıqlandı

"Qarabağ" - "Olimpiya": mətbuat konfransları, məşqlərin vaxtı açıqlandı
Futbol
16 İyul 2018 - 22:28
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Olimpiya" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Sabah, iyulun 17-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov saat 18:45-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 19:00-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


"Olimpiya"nın baş məşqçisi isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Sloveniya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Digər xəbərlər