Novak Cokoviç "Uimbldon" turnirinin qalibi oldu

Novak Cokoviç "Uimbldon" turnirinin qalibi oldu
Futbol
16 İyul 2018 - 17:06
Serbiyalı tennisçi Novak Cokoviç karyerası ərzində dördüncü dəfə "Uimbldon" turnirinin qalibi olub.

Supersport.Az xəbər verir ki, 45 milyonluq dollarlıq mükafat fondu olan turnir Londonda keçirilib.

Finalda serbiyalı tennisçi Cənubi Afrika Respublikasından olan idmançı Kevin Andersona qalib gəlib - 6:2, 6:2, 7:6.

Anderson və Cokoviç bu vaxta kimi yeddi dəfə qarşılaşıblar. Yeddi oyunun üçü məhz "Uimbldon" turnirində baş tutub. Ümumilikdə isə altı dəfə serbiyalı, birində isə cənubi afrikalı qalib tərəf olub.

Qeyd edək ki, qadınların arasında "Uimbldon" turnirin qalibi almaniyalı Anqelik Kerber  finalda Serena Vilyamsı məğlub edib - 6:3, 6:3.

Digər xəbərlər