"Qarabağ"ı məğlub etməliyik"
Futbol
15 İyul 2018 - 12:38
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında "Qarabağ"a 0:1 hesabı ilə uduzan Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa açıqlama verib.
40 yaşlı mütəxəssis cavab oyunu ərəfəsində optimist olduğunu bildirib:
"İlk oyundakı nəticə məni çox məyus etdi. Ancaq yaxşı mübarizə apardıq. Oyunun son anlarında qol buraxmaq acı verir. Belə məğlubiyyətə layiq deyildik. Rəqibimiz püşkdə düşə biləcək ən güclü komanda idi. Bakıda əlimizdən gələni edəcəyik. Mərhələni adlamaq üçün "Qarabağ"ı məğlub etməliyik. Mən buna optimist yanaşıram".
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" matçı iyulun 18-i, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.