Fransa ikiqat dünya çempionu oldu

Fransa ikiqat dünya çempionu oldu
Futbol
15 İyul 2018 - 20:53
Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı bu gün başa çatıb.

Supersport.Az-ın məlumatına görə, DÇ-2018-in həlledici oyununda Fransa və Xorvatiya yığmaları qarşılaşıb. Matç fransızların inamlı qələbəsi ilə başa çatıb. Fransa yığması 20 il fasilədən sonra tarixində ikinci dəfə dünya çempionatının qalibi adını qazanıb.

DÇ-2018, final

15 iyul

19:00 Fransa - Xorvatiya 4-2

Qol: Mario Mandzukiç, 18-avtoqol. Antuan Qrizmann, 38-pen. Pol Poqba, 59. Kilian Mbappe, 65 - İvan Perişiç, 28, Mario Mandzukiç, 69.


Baş hakim: Nestor Pitana (Argentina).

Moskva. "Lujniki" stadionu.

Digər xəbərlər