"Neftçi"nin futbolçusu 1 ay sıradan çıxdı

"Neftçi"nin futbolçusu 1 ay sıradan çıxdı
Futbol
15 İyul 2018 - 02:22
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt" klubu ilə oyununun ilk hissəsində zədələnərək əvəzlənən "Neftçi"nin futbolçusu Namiq Ələsgərov növbəti dəfə müayinə olunub. 23 yaşlı yarımmüdafiəçi təxminən 1 ay müalicə olunub, fərdi məşqlər keçəndən sonra komanda ilə hazırlığa qoşulacaq.

Qeyd edək ki, tibbi baxışdan sonra Ələskərovun sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib.

Digər xəbərlər