Ronaldonun formasına azarkeş hücumu - bir gündə 54 milyon gəlir - Foto

Ronaldonun formasına azarkeş hücumu - bir gündə 54 milyon gəlir - Foto
Futbol, Foto
14 İyul 2018 - 00:41
33 yaşlı Kriştiano Ronaldonu "Yuventus"un "Real Madrid"dən transfer etməsinin əsas səbəbi məlum olub. Məsələ burasındadır ki, portuqaliyalı futbolçu İtaliya klubuna ilk növbədə gəlir qazandıracaq.  

Supersport.Az-ın məlumatına görə, "Yuventus" ulduz oyunçu üçün 112 milyon avro versə də, bir gün ərzində bu məbləğin 54 milyonunu forma satışlarından çıxarıb. Ronaldoyla 4 il ərzində 120 milyon maaş veriləcək.

Azarkeşlər dünya futbolunun ulduzunun satışa çıxarılan formalarına hücum çəkib. Fanatlar bir gündə 520 min geyim alıb. Bunlardan 20 min mağazalarda, 500 min isə online vasistəsilə satılıb. Bir formanın qiyməti 105-130 avrodur. 

Keçmiş 7 nömrəli Kuardadonun da bu vəziyyətdə edəcəyi nəsə qalmayıb. 

Digər xəbərlər