"Neftçi" "Sevilya" haqda düşünmür"

"Neftçi" "Sevilya" haqda düşünmür"
Futbol
12 İyul 2018 - 16:01

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Uypeşt"lə oyun ərəfəsində "Neftçi”nin baş məşqçisi Roberto Bordin fikirlərini bildirib.




"Yeni mövsümün başlanması ilə əlaqədar çox xoşbəxtik. Şadıq ki, ilk matçı Azərbaycanda – azarkeşlərimizin qarşısında keçirəcəyik. Çünki birinci oyun həmişə çox vacibdir. Bilirik ki, rəqib güclü komandadır. Onlar yaxşı hazırlıq keçiblər. Biz də son 1 ayı boş keçirməmişik, yaxşı hazırlaşmışıq. Futbolçular da ilk oyuna hazırdılar. Ona görə mövsümə çox yaxşı başlamaq istəyirik. Hazırda "Sevilya” haqda düşünmürük. Fikrimizi "Uypeşt”lə oyunlara yönəltmişik”.

Digər xəbərlər