Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi
Futbol
12 İyul 2018 - 06:25
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk görüşündə "Olimpiya"ya qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfrasında fikirlərini bildirib.

Supersport.Az xəbər verir ki, təcrübəli mütəxəssis Sloveniya çempionu üzərində qazanılan qələbəni belə şərh edib:

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq".

Digər xəbərlər