Ronaldodan vida məktubu

Ronaldodan vida məktubu
Futbol
11 İyul 2018 - 17:37
Supersport.Az-ın məlumatına görə, "Yuventus"la 4 illik müqavilə imzalayan Kriştiano Ronaldo 9 il çıxış etdiyi "Real Madrid"in azarkeşlərinə məktub ünvanlayıb.

"Real" və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Bu şəhərə, azarkeşlərə və kluba hədsiz dərəcədə minnətdaram. Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm. Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də, "Real" rəhbərliyindən məni satmalarını xahiş etdim. Bu, mənim qərarımdır və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm. Bu, möhtəşəm 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki "Real"da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacağam. "Real" mənim və ailəmin ürəyini fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və "Santyaqo Bernabeu" daim mənimlə olacaq. 9 il əvvəl dediyim kimi, "Yaşasın Madrid!"

 

Digər xəbərlər