"Fransa güclü deyildi"

"Fransa güclü deyildi"
Futbol
11 İyul 2018 - 11:12
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunun yarımfinalında Fransa yığmasına məğlub olan Belçika seçmə komandasının baş məşqçisi Roberto Martines oyuna qiymət verib.

Mütəxəssis bildirib ki, rəqib güclü olmayıb:

"Oyun çox gərgin keçdi. İkinci hissəyə də yaxşı başladıq. Qarşılaşma bərabər səviyyədə oldu. Fransızlar əks-hücumlarda oynamaq istədi. Biz isə topa nəzarət etməyə çalışdıq. Futbolçularım bütün güclərini ortaya qoydular ki, onlarla fəxr edirəm. Komandam 60 faiz topa sahib idi. Fransa yaxşı müdafiə olundu, ancaq psixoloji cəhətdən bizdən güclü deyildi. Aramızda santimetr fərq vardı. Uğur rəqibin tərəfində oldu. Belə oyunlarda bir qol nəticəni müəyyən edir".

Digər xəbərlər